Jump to content

Draft:Laqodexi, Qabal

From Wikipedia, the free encyclopedia

Laqodexi

[edit]

Laqodexi ("loqo" - "çoxlu su" deməkdir) - Gürcüstanın cənub-şərq rayonlarından biridir. Ərazisindən Tbilisi-Balakən avtomobil yolu keçir. Nagrdzali Dövlət qoruğu burada yerləşir. Şərqdə Azərbaycan Respublikası, şimalda Dağıstanla sərhədlənir, cənubunda Gurcuiani ve Siqnaxi, qərbdə isə Kvareli rayonları yerləşir. Laqodexinin Qabal, Gəncəli, Qaracalar, ve Uzuntala kəndlərində tarixən azərbaycanlılar məskunlaşmışdır. Bu kəndlərə ümumilikdə el arasında qabal elatı da deyilir.

Qabal

[edit]

Qabal- Laqodexi rayonunda azərbaycanlıların yaşadığı qədim kənd. Alazan vadisində Qabal və Beyisbandarə çaylarının arasında rayon mərkəzindən 15 km günbatarda, dəniz səviyyəsindən 330 m yüksəklikdə yerləşir. Qabal kəndində hal-hazırda 3 məktəb, 1 xalq məscidi, 3 bank və bələdiyyə mərkəzi fəaliyyət göstərmişdir.

Toponimi

[edit]

Qabal adı ilə bağlı bir neçə mülahizələr mövcuddur:

1. Qabal - rusca ,,kabala" sözündən olub, mənası "qebale" - əsarət, aslılıq, köləlik ve zülm əsasında bağlanmış müqavilə deməkdir.

2. V.Badonoşviliyə görə, Alazani çayına qarışan Neyni çayı (Qabal çayı) üzərində Ciauri və Kvallovani kəndləri salınıb. Bu adlardakı oxşarlıq Qabal sözünün buradan gəldiyini düşünməyə əsas verir.

3..Qabal - Azərbaycanın Qəbələ şəhəri ilə bağlıdır. Ehtimal edilir ki bu yasayış məntəqəsinin sakinləri vaxtı ilə Qəbələdən köçmüş və ya siyasi-ictimai səbəbdən köçürülmüşdür. Onlar da doğma yurdlarının adını qoruyub saxlamaq məqsədilə yeni yurdlarının adını qabal qoymuşlar.

Tayfa ve birlikləri

[edit]
  • Gümbu uşağı (Telav qaracaları)
  • Novruz uşağı (Telav qaracaları)
  • Müsəlli oyu (Telav qaracaları)
  • Zimir uşağı (Telav qaracaları)
  • Araz uşağı (Telav qaracaları)
  • Namaz uşağı (Qaraçöp)
  • Qudabarmaqlar (Telav qaracaları)
  • Sapallar (Telav qaracaları)
  • Bumbullar (Telav qaracaları)
  • Əmiraslanlar (Telav qaracaları)
  • Kətan uşağı (Telav qaracaları)
  • Əfəndi oyu (Dağıstan)
  • Çobanlar (Telav qaracaları)
  • Ocaqqulu oyu (Qarayazı)
  • Nusular (Telav qaracaları)
  • Sofuyevlər (Gəncə)
  • Qarabağlılar (Borçalı)
  • Qurban uşağı (Qaraçöp)
  • Əmirahlar (Telav qaracaları)
  • Qıvıl uşağı (Telav qaracaları)
  • Salli oyu (Telav qaracaları)
  • Çopur alılar (Qaraçöp)
  • Kosalar (Telav qaracaları)

Gəncəli

[edit]

Gəncəli - Cənub-şərqi Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı kənd. Alazan vadisində, Qabal çayının sol sahilində, rayon mərkəzindən 15km günbatarda, dəniz səviyyəsindən 360 m yüksəklikdə yerləşir.

Toponimi

[edit]

Gəncəli - Bu kəndin adı əslən Azerbaycanın Gəncə şəhərindən olan gəncəli Hüseynin adı ilə bağlıdır. Gəncəli, yəni Gəncəden gələn deməkdir. Hal- hazırda gəncəli kəndində M.F Axundzadə adına Gəncəli kənd orta məktəbi, bir dənə xalq məscidi və bir dənə də dini ziyarətgah yerləşir.

Tayfa ve birlikləri

[edit]
  • Həsən uşağı (Qarayazı)
  • Nəbilər (Qarayazı)
  • Bala Seyidlər (İran, Xoy şəhəri)
  • Mollalıq (İran, Xoy şəhəri)
  • Zamanlar (Azərbaycan, Tovuz rayonu)
  • Toyuqçular (Qaraçöp)
  • Braballar (Türkiyə)
  • Aldöşlər (Azərbaycan, Qazax rayonu)

Qaracalar

[edit]

Qaracalar -Cənub-şərqi Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı kənd. Alazan vadisində, Qabal çayının sol sahilində, rayon mərkəzindən 15 km günbatarda, dəniz səviyyəsindən 370 m yüksəklikdə. Hal-hazırda Qaracalar kəndində bir natamam orta məktəbi və bir dənə də xalq məscidi fəaliyyət göstərir.

Toponimi

[edit]

Qaracalar - Gürcüstanın bir çox ərazilərində soyadaşlarımızın yaşadığı Qaracalar etnooykoniminə rast gəlirik. Laqodexi rayonunun Qaracalar kəndi əslen Tbilisi Qaracalarından olan qaraca Mustafanın adı ilə bağlı olmuşdur. "Qaracalar" toponimini " qara çala- böyük çala" kimi mənalandıranlar da var.

Tayfa ve birlikleri

[edit]
  • Qara Mustafalar [Naxırçılar] (Tbilisi)
  • Kərbəlayılar (Gəncə)
  • Məmmədalılar (Qaraçöp)
  • Kosalar [Cırtdan Xəlillər] (Qaraçöp)
  • Kosalar [Mədədlər] (Qaraçöp)
  • Qara Musalar [Xırda uşağı] (Qaraçöp)
  • Uluxanlılar (Qaraçöp)
  • Mayıllar (Qaraçöp)
  • Tatlar (İran, Xoy şəhəri)

Uzuntala

[edit]

Uzuntala - Cənub-şərqi Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı kənd.Qabal cayinin sol sahilinde alazan vaidisnde , rayon merkezinden 15 km gunbatarda, deniz seviyyesinden 35 m yukseklikde yerlesir. Hal hazırda uzuntala kəndində 1 natamam orta məktəb bir xalq məscidi fəalliyyət göstərir.

Toponimi

[edit]

Uzuntala - Bu oykonim türk dillərinə məxsus olan "uzun" ve "tala" sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Tayfa ve birlikleri:

[edit]
  • Ağamallar [Kar Oruclar] (Həsən uşağının bir qolu)
  • Avdı uşağı (Azərbaycan, Tovuz rayonu)
  • Tetillər (Qaraçöp)
  • Uzun Alılar (Azərbaycan, Tovuz rayonu)
  • Qasımlılar (İran)
  • Qara Sadıqlar (Iran, Şiraz şəhəri)
  • Seyidlər (Iran, Xoy şəhəri)
  • Əyrivəlilər (Azərbaycan, Qazax rayonu)
  • Sarı Süleymanlar (Qarayazı)
  • Əliyevlər [Xaşallar] (Qaraçöp)
  • Əbuzəruşağı [Xeyirxəbərlər] (Qaraçöp)

İqlimi

[edit]

Laqodexi iqlimi - Laqodekhi orta dərəcədə rütubətli iqlimə malikdir, qışı mülayim soyuq və yayı istidir. Orta illik temperatur 12,6 °C, yanvarda 0,9 °C, avqustda 24 °C-dir. Mütləq minimum –23 °C, mütləq maksimum 38 °C. İllik yağıntı 1080 mm.

Təsərrüfatı

[edit]

Qabal elinin xalqı çox zəhmətkeş və iş sevəndir. Kənd təsərrüfatının əsas sahəsi əkinçilik və maldarlıqdır, bundan əlavə kənd əhalisi üzüm və fındıq yığımı ilə məşğuldur. Əkinçilik əsasən, parniklərdə yetiştirilən tərəvəz bitkilərinə (pomidor, xiyar, lobiya və s.) əsaslanır.

Hidronimlər

[edit]

Qabal elatının hidronimi də olduqca zəngindir.

1) Alazan çayı - Bu "az" "al" və "ağan" sözlərindən əmələ gəlib, alan, aparan - alağan mənasındadır.

2) Alazan kanalı - Bu hidronim Çariça Tamaranın - çar lll Giorginin qızının adı ilə bağlıdır. Çariça Tamar öz çarlığı dövründə çoxlu sayda xeyirxaq işlər görmüşdür. O işlərdən biri də Alazan kanalının çəkilməsi idi. Bu kanalın çəkilməsi kənd təsərrüfatının çiçəklənməsinə səbəb olmuş, aran kəndlərində su ehtiyaclarına son qoymuşdur.

3) Qabal çayı (bəzi kəndlərdə "Qəvəl" də deyilir) - Laqodexi rayonundan 15 km günbatanda, mənbəyini Gürcüstan - Dağıstan sərhəd dağlarından alan Gəncəli və Qabal kəndi ilə Xeçili, Pona (Osetinlər yaşayan kənd), Georgeti, Apeni kəndləri (gürcülər yaşayan) arasında var olan çay adıdır.

4) Dəyirman çayı - Mənbəyini Qabal su elektrik stansiyasından alıb, Uzuntala və Qaracalar kəndləri ərazilərindən keçən çayın adı. Vaxtı ilə çayın üstündə bir-birindən aralı bir neçə su dəyirmanı da olub. Çayın adı məhz buradan yaranıb.

5) Qara sular - Qabal və Qaracalar kəndlərinin sonunda təbii su qaynaqları. Bu suların tərkibində müəyyən yağlılıq da olur. Bu sular yer bulaqlarından yaranır və qış aylarında buz bağlamırlar.

6) Qara bulaq - Uzuntala kəndində təbii yer bulağı.

7) Soyuq bulaq - Qabal çayın gündoğanda, Qabal su elektrik stansiyasından üst tərəfdə bulaq adı. (Adından göründüyü kimi suyu çox soyuq və dadlıdır)

Müharibə illərində Qabal

[edit]

İkinci dünya müharibəsində (1939-1945) Gürcüstan 700 minə yaxın vətəndaşını itirdi. 1941-45 illərdə müharibəyə Laqodexidən 8306 nəfər adam getmişdi ki, onun da 400 nəfəri Qabal sakini idi. Laqodexidən cəbhəyə gedənlərin 3677 nəfəri həlak oldu. Həlak olanlardan 290 nəfəri qaballı idi. Cəbhədən qayıdan 100-110 nəfər Qaballının demək olar ki, yarıdan çoxu şikəst olaraq qayıtmışdı. Müharibə təkcə ölüm demək deyildi. Müharibə dövründə cəmiyyət öz demoqrafik ritmini də itirdi. Ailə başçılarının itgisi uşaqların tərbiyəsində, qadınların sonraki taleyində, ailə istitutlarının təbii inkişafında dərin yaralar açdı.

Tarixi

[edit]

Dörd böyük kəndi özündə birləşdirən Qabalımız mərdlik, müdriklik, inam və ləyaqət timsalıdır. Gürcüstan SSR Ali sovetinin 31 dekabr 1920-ci il tarixli əmri əsasında 1930-cu ilin yanvarında Laqodexi rayonu yaradılır və Qabal ərazisi bu dövrdən etibarən Laqodexi ərazisinə qatılır. 1962-1965-ci illər arası qısa bir dövr ərzində Qabal ərazisi Kvareli rayonuna daxil edilir. Mənbələrə görə, Alban kilsəsinin süqutuna qədər Hereti Albaniyanın bir hissəsi idi. Həmin dövrdə Heretini Baqrationilər idarə edirdilər. Bu ərazilər Şəkidən, Telavidə Gülgüləyə (Qulquloya) kimi geniş bir ərazini təşkil edirdi. Hereti müstəqil dövlət kimi möhkəmlənirdi. Hamam özünü şah elan etdi. Onun ölümündən sonra taxta Adərnəs çıxdı. 1915-ci ildə Kaxetiyə Abxaz çarı hücum etdi. Heretinin bir hissəsi tutuldu. Ərəş (indiki Mtiziri), Gəvəz (Qavazi), sonralar Adərnəs şahı tərəfindən güclə geri qaytarıldı. 1943-cü ildən şahlığı onun oğlu İşxanik anasxı Dinari xanımla birlikdə idarə edirdi. XI əsrdən Hereti Msxeti kilsəsinin ixtiyarına keçdi və müstəqilliyini itirdi. 1104- cü ildə Qurucu David Heretini öz çarlığına birləşdirdi. Albaniya dövləti şərqi Zaqafqaziyanın ən qədim dövləti kimi indiki Azərbaycanın və Dağıstanın cənub sərhədlərinı əhatə edirdi. Gürcü mənbələrində Albaniya Albaneti kimi adlandırılır . Albaniya dövləti müxtəlif dildə danışan 26 tayfanın birliyindən əmələ gəlmişdir. Onların daxilində aya və günəşə inananlar da var idi. Qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrində dediklərimiz öz əksini tapmışdır. Həmin nümunələrdən bəziləri Qabal ərazisində günümüzədək qalmaqdadır (Alban kilsəsi, Uzuntala)(QABAL BURA VƏTƏNDİR, Fərman Qulamoğlu).

Səlçuqların Qafqaza hücumları Heretiyə az ziyan vurmadı. Bundan başqa, Dağlıq tayfalarının basqınları, kütləvi qara yara xəstəlikləri nəticəsində bölgə demək olar ki, boşaldı. Nədənsə, mənbələr bu ikiyüz illik bir dövrün üstündən sükutla keçir. Artıq 1803-cü ildə Gürcüstan demək olar ki, Rusya tərəfindən tam işğal olundu. Bu zaman, Rus ordusundan tərxis olunanlar üçün bölgədə yaşayış yerləri təşkil olundu. 1860-1870-ci illərdə polyak, malakan və rusların yaşayacağı Qrafonka kəndi yaradıldı. Bu proseslər 1910-cu ilə qədər davam etdi. Qaballıların bu əraziyə gəlişi 19-cu əsrin 80-ci illərində salınan kəndlərdən çox daha əvvəl isbat olunmuşdur. Qabal tarixi yanlız Gürcüstanın deyil, həm də Azərbaycanın tarixi deməkdir. Burada, Gürcüstanla bərabər Azərbaycanın bir çox yerindən gələn insanlar da məskən saldılar.

Qabala aid şeirlər

[edit]

Qabal, yaradıcılığı ilə də sayılıb, seçilən obadır. Bu kəntdə sayısız-hesabsız savadlı şəxsiyyətlər yetişmişdir.

Hər elin-obanın öz gözəlliyi,

Cənnət bir diyardır ana Qabalım,

İlin dörd fəslində çiçəklər açar,

Bülbül tək oxuyar sona Qabalım,

Üst yanı Gəncəli, Uzuntala var,

Sağdan qucaqlayıb gül Qaracalar,

Gözəllərə görüş yeri bağçalar,

Qızların əlində xına Qabalım!...

                                 Qurban İsgəndərov

Uzuntala, Gəncəli, Qabal, Qaracalar

Allahın eşqiylə daim ucalar

Sevib-seçib, yurd qoyubdu babalar

Sükürlər ki, bu ocağa gəlmişəm.

                                  Məmməd Rüstəmov

Təbiəti

[edit]

İstifadə olunmuş mənbələr

[edit]

[1] "Qabal bura vətəndir", Fərman Qulamoğlu

[2] "Gürcüstan tarixi", 2002

[3] "Laqodexinin tarixi", Camal Xaçidze

[4] "Borçalı toponimləri", Mədəd Çobanov və Müşfiq Mədədoğlu

  1. ^ QABAL BURA VƏTƏNDİR, QABAL BURA VƏTƏNDİR (2015). (in Azərbaycan dili). Fərman Qulamoğlu. ISBN 978-601-06-3512-8. {{cite book}}: Missing or empty |title= (help)CS1 maint: unrecognized language (link)
  2. ^ Gürcüstan tarixi, Gürcüstan tarixi (2002). (in Gürcü dili). Tbilisi. {{cite book}}: Missing or empty |title= (help)CS1 maint: location missing publisher (link) CS1 maint: unrecognized language (link)
  3. ^ Laqodexinin tarixi, Laqodexinin tarixi. Camal Xaçidze. {{cite book}}: Missing or empty |title= (help)
  4. ^ Borçalı toponimləri, Borçalı toponimləri (2012). Bakı: Mədəd Çobanov, Müşfiq Mədədoğlu. {{cite book}}: Missing or empty |title= (help)